ABŞ Oman dənizində İranbackend

SON DƏQİQƏ! Müharibə başlayır? İrana məxsus PUA vuruldu…

ABŞ Oman dənizində İrana məxsus PUA-nı vurduğunu açıqladı.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” aviadaşıyıcı gəmisinə yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bəyan edib.

İNFOAZ.MEDİA xəbər verir ki, CENTCOM rəsmiləri Amerikanın “Fox News” kanalına verdikləri açıqlamada bildiriblər ki, İran istehsalı olan PUA “F-35C” tipli qırıcı təyyarə tərəfindən “özünümüdafiə” məqsədilə məhv edilib.

CENTCOM-un sözçüsü Tim Hokins (Tim Hawkins) açıqlamasında qeyd edib ki, “USS Abraham Lincoln” aviadaşıyıcısı İranın cənub sahillərindən təxminən 500 mil (800 kilometr) uzaqlıqda, Ərəb dənizində beynəlxalq sularda hərəkətdə olarkən İrana məxsus “Shahed-139” tipli PUA gəmiyə doğru əsassız manevrlər edib. Onun sözlərinə görə, aviadaşıyıcıdan havaya qalxan “F-35C” qırıcısı gəmini və ekipajı qorumaq məqsədilə pilotsuz aparatı vurub.

ABŞ rəsmisi əlavə edib ki, “USS Abraham Lincoln” beynəlxalq sularda fəaliyyət göstərib və Vaşinqton bölgədə İranla gərginliyin artmaması üçün zəruri tədbirlər görməyə davam edir.

Ərgün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki