image-bezalel-smotrich-scaledbackend

Smotriç: “İordan çayının qərb sahilinə bir milyon köçkün gətirmək istəyirik”

İsrailin maliyyə naziri Bezalel Smotriç bildirib ki, İsrail vətəndaşlarını İordan çayının qərb sahilində (Qərb Sahili) yaşamağa təşviq etmək lazımdır.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, bu ərazidə yaşamaq üçün bir çox səbəblər var və hökumətin məqsədi bölgəyə böyük miqyaslı köçü artırmaqdır.

Smotriç əlavə edib ki, bu siyasətin məqsədi Qərb Sahilinə təxminən bir milyon köçkünün gətirilməsi və Fələstin dövlətinin yaradılması ideyasının zəiflədilməsidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki