image-0996c7db776323638ea9d0b74749ce4ebackend

SMA xəstəsi məzun qızın duyğulu vals rəqsi

Ukraynanın Lvov şəhərində SMA (spinal əzələ atrofiyası) xəstəliyi ilə mübarizə aparan məktəb məzunu Sofiya öz buraxılış gecəsində xüsusi vals rəqsi ilə yadda qalıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Sofiya uzun müddət bu anı səbirsizliklə gözləyib, geyimini seçib və tədbirə hazırlaşıb. Lakin əvvəlcə ailəsi şok yaşayıb — bəzi valideynlər komitəsi tərəfindən onun tədbirdə iştirakına qarşı çıxıldığı iddia olunub.

Daha sonra isə Sofiyanın sinif yoldaşlarından biri onun rəqs partnyoru olmağa razılaşıb. Nəticədə, o, buraxılış gecəsində kreslo-əlil arabasında olsa da, öz arzusunu reallaşdıraraq vals rəqsini ifa edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki