image-w3zppk4ex5lhrbrxz7wgwuxp2ibackend

Si Cinpin 10 ildən sonra ilk dəfə Misirə səfər edib

Çin Prezidenti Si Cinpin Misirə rəsmi səfər edib. Bu, onun son 10 ildə Misirə ilk dövlət səfəridir. Onu Qahirə hava limanında Misir Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında hərbi, iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsi müzakirə olunur. Misir son illərdə Çinlə müdafiə, limanlar, istehsal, enerji və digər sahələrdə əməkdaşlığı gücləndirib.

Əs-Sisi Çin və Misirin Qlobal Cənubun beynəlxalq sistemdə rolunun gücləndirilməsinə töhfə verən mühüm tərəfdaşlar olduğunu bildirib.

Si Cinpin isə Çin və Misirin “yaxın qardaşlar” olduğunu və hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki