Samuxda mikroavtobus qəzaya düşdü: ölü və yaralılar varbackend

Samuxda mikroavtobus qəzaya düşdü: ölü və yaralılar var

Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə rayonun Köbər kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Vüqar İlqar oğlu Əsgərov ölüb, daha bir neçə nəfər isə yaralanıb.

Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki