Ukraynanın şərqində yerləşən Xarkov şəhərində partlayış səsləri eşidilib.
İNFOAZ.MEDİA-nın xəbərinə görə, bu barədə Ukraynanın “24-cü Kanalı” məlumat yayıb. Hazırda Xarkov vilayətində hava hücumu xəbərdarlığı verilir.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti isə daha əvvəl Kiyevin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücumuna cavab olaraq, Rusiya Silahlı Qüvvələrinin Ukraynada vacib obyektlərə kütləvi zərbələr endirdiyini bildirib. Nazirliyin məlumatına görə, hücum zamanı “Oreşnik” raket sistemi tətbiq olunub və Ukraynanın hərbi-sənaye kompleksinə bağlı dron istehsalı müəssisələri, eləcə də enerji infrastrukturu daxil olmaqla bütün planlaşdırılan hədəflər vurulub.
Jalə
























