Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində doqquz idarə olunan hava bombasını, dörd HIMARS raketini və 224 Ukraynaya məxsus təyyarə tipli PUA-nı məhv edib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, artilleriya, əməliyyat-taktiki aviasiya, hücum dronları və raket qüvvələri 142 rayonda Ukrayna hərbçilərinin və xarici muzdluların yerləşdiyi mövqelərə, həmçinin enerji infrastrukturu obyektlərinə və sursat anbarlarına zərbələr endirib.
Rauf
























