Suriyanın keçmiş vitse-prezidenti, mərhum prezident Hafiz Əsədin qardaşı Rifat əl-Əsəd 88 yaşında vəfat edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Reuters mənbələrə istinadən onun BƏƏ-də öldüyünü bildirib.
Rifat əl-Əsəd 1970-ci ildə Hafiz Əsədin hakimiyyətə gəlməsində mühüm rol oynayıb, 1983-cü il çevriliş cəhdindən sonra ölkədən sürgün edilib. Son illər əsasən Fransada yaşayan Rifat əl-Əsədin adı Hama hadisələri ilə bağlı beynəlxalq istintaqlarda hallanıb.
Jalə
























