Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Arşanj Tuaderanı telefonla arayaraq seçkilərdə qələbəsi münasibətilə təbrik edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tərəflər siyasi, ticarət və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib və dostluq münasibətlərinin inkişafına sadiqliklərini təsdiqləyiblər.
Bundan əlavə, 28 yanvar tarixində Vladimir Putinin Suriyanın müvəqqəti lideri Əhməd əl-Şara ilə danışıqlar aparacağı bildirilib.
Rauf
























