putinbackend

Putin: Qərb maliyyə sistemi istənilən ölkəni aktivlərdən məhrum edə bilər

Rusiya Prezidenti Vladimir Putin Qərbin maliyyə sistemləri və valyuta mexanizmləri ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Putin bildirib ki, istənilən ölkə istənilən vaxt dollar və ya avroda saxlanılan qanuni aktivlərinə çıxış imkanından məhrum edilə bilər.

Onun sözlərinə görə, bu cür addımlar müxtəlif səbəblərlə əsaslandırıla bilər və hər zaman buna bəhanə tapmaq mümkündür.

“Ukrayna münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, Afrikadakı konfliktlər, hətta LGBT icmasına münasibət belə səbəb kimi göstərilə bilər”, – deyə Rusiya Prezidenti bildirib.

Putin əlavə edib ki, bu hal Qərbin maliyyə infrastrukturuna etimad məsələsini gündəmə gətirir və ölkələr üçün alternativ sistemlərin əhəmiyyətini artırır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki