Texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşib.
Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, texnologiyalar parkının rezidentlərində, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərində bu fəaliyyətin məqsədləri üçün çalışan fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2027-ci il yanvarın 1-dən 20 il müddətində 0 faiz dərəcəsi ilə tutulacaq.
























