image-5841360624888254263backend

“Poqon”un sahibi Makkabi ilə danışıqlardan imtina edib

Polşanın Poqon klubunun sahibi Aleks Haditaghi İsrailin Makkabi TelƏviv klubu ilə iki futbolçunun transferi barədə danışıqlardan imtina etdiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Haditaghi qərarını Qəzza zolağında baş verən hadisələrlə əlaqələndirib. O bildirib ki, Qəzzada “soyqırımı” davam etdiyi müddətdə İsrail klubu ilə heç bir biznes əlaqəsinə girmək niyyətində deyil.

Klub sahibi bu mövqeyini tarixi müqayisə ilə əsaslandıraraq, belə bir əməkdaşlığın nasist Almaniyasını təmsil edən klublarla işləməkdən imtina etməyə bənzədiyini söyləyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki