image-files-ukraine-russia-conflict-us-patriot-damagebackend

Polşa ABŞ-a daimi hərbi baza təklifi etdi

Polşa ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) ölkə ərazisində daimi Amerika hərbi bazasının yaradılması ilə bağlı rəsmi təklif irəli sürüb.

İNFOAZ.MEDİA xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Varşava ABŞ hərbi qüvvələrinin ölkədə mövcudluğunu artırmaq üçün bütün zəruri şəraiti yaratmağa hazırdır.

“Biz ABŞ qoşunlarının sayının artırılması üçün mümkün olan hər şeyi edəcəyik. Cəlbedici şərait formalaşdıracağıq”, – deyə nazir vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki