image-1536x864_cmsv2_03305279-00ae-5d52-ad35-d4f12fdd0869-9720202backend

Peter Magyar – Prezident könüllü şəkildə vəzifəsini tərk etməlidir

Macarıstanın müxalif fiquru Peter Magyar Prezident Tamas Sulyok ilə görüşündən sonra kəskin açıqlamalarla çıxış edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Magyar bildirib ki, prezident könüllü şəkildə vəzifəsini tərk etməlidir. Onun sözlərinə görə, əgər bu baş verməzsə, seçicilərin verdiyi mandat əsasında hüquqi və konstitusion mexanizmlər işə salınacaq.

O qeyd edib ki, lazım gələrsə, konstitusiyaya dəyişikliklər ediləcək və hüquqi addımlar vasitəsilə prezident vəzifədən uzaqlaşdırılacaq.

Müxalif siyasətçi həmçinin əlavə edib ki, bu proses yalnız prezidentlə məhdudlaşmayacaq və Viktor Orban hakimiyyəti dövründə təyin olunan digər şəxslər də vəzifədən kənarlaşdırılacaq.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki