image-647ddfb734eaa647ddfb734eab1685970871647ddfb734ea6647ddfb734ea8backend

Pedro Sançez: “Aİ İsraillə sazişi dayandırmalıdır”

İspaniyanın baş naziri Pedro Sançez bildirib ki, ölkə hökuməti çərşənbə axşamı Avropa səviyyəsində mühüm təklif irəli sürəcək.

İNFOAZ.MEDİA xəbrə verir ki, Avropa Birliyi İsraillə mövcud assosiasiya sazişini dayandırmalıdır. Sançez vurğulayıb ki, bu addım İsrail xalqına qarşı yönəlməyib, lakin İsrail hökumətinin həyata keçirdiyi siyasətlə razılaşmadıqları üçün irəli sürülür.

Baş nazir qeyd edib ki, beynəlxalq hüququ pozan və Avropa İttifaqının prinsip və dəyərlərinə zidd hərəkət edən heç bir hökumət Aİ-nin tərəfdaşı ola bilməz.

Bu açıqlama İsrailin regiondakı fəaliyyətləri ilə bağlı artan beynəlxalq müzakirələr fonunda səsləndirilib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki