Benyamin Netanyahu Qəzza, Livan və Suriya ətrafında yaradılan bufer zonaların Yaxın Şərqin gedişatını dəyişdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, o qeyd edib ki, İsrail bu bölgələrdə təhlükəsizlik məqsədilə formalaşdırdığı bufer ərazilər vasitəsilə regionun siyasi və hərbi balansına təsir göstərib. Netanyahu həmçinin bildirib ki, ölkəsi radikal İslamdan gələn hər hansı təhlükəyə qarşı qətiyyətlə mübarizəni davam etdirəcək.
Baş nazir eyni zamanda regiondakı “mötədil qüvvələrlə” əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Rauf























