İsrail Baş naziri Benyamin Netanyahu və Macarıstanın baş nazir seçilmişi Peter Magyar arasında telefon danışığı baş tutub.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahunun ofisinin yaydığı məlumata görə, Magyar İsrail–Macarıstan münasibətlərini davam etdirmək niyyətini ifadə edib və Netanyahunu 1956-cı il Macarıstan inqilabının 70 illiyi ilə bağlı keçiriləcək mərasimə dəvət edib.
Netanyahu isə bu təşəbbüsü müsbət qarşılayaraq Magyarı Qüdsdə hökumətlərarası görüşə dəvət edib.
Bildirilib ki, tərəflər xarici işlər nazirlərinin yaxın zamanda görüşməsi və ikitərəfli əlaqələrin davam etdirilməsi barədə də razılığa gəliblər.
Jalə
























