image-1653378098_1647596323_getty_158673029_9707279704500119_78594backend

NATO “Təhlükəsizlik və Dayanıqlılıq Bankı” yaradır

NATO ölkələri 2027-ci ilə qədər Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlıq çərçivəsində “Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankı” adlı xüsusi maliyyə qurumu yaratmağı planlaşdırırlar.

İNFOAZ.MEDİA xəbər verir ki, yeni yaradılacaq kredit təşkilatında əsas rəhbər vəzifələrin Böyük Britaniya nümayəndələrinə həvalə ediləcəyi bildirilir.

Bankın əsas məqsədi NATO üzvü olan ölkələrə hərbi xərclərin ÜDM-in 5 faizinə çatdırılmasına kömək etməkdir.

Bu mexanizm hökumətlərə milli qanunvericilikdəki məhdudiyyətləri dolayısı ilə aşaraq, silahlanma üçün icazə veriləndən daha çox maliyyə vəsaiti ayırmaq imkanı yaradacaq.

Məlumata görə, bankın nizamnaməsinin cari ilin birinci rübündə təsdiqlənməsi, ilk istiqrazların isə üçüncü və ya dördüncü rübdə buraxılması planlaşdırılır. Qərargahın yerləşdirilməsi üçün Ottava və Toronto da daxil olmaqla bir neçə şəhər nəzərdən keçirilir.

Ekspertlər xəbərdarlıq edir ki, Avropa İttifaqı 2027-ci ili Rusiya ilə müharibənin başlaya biləcəyi tarix kimi dəyərləndirir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki