image-maduro-yakalanma-kapakbackend

Kuba üçün “Venesuela ssenarisi”nə ehtiyac yoxdur

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı “Venesuela ssenarisi”nin təkrarlanmasının mümkünsüz olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın onlara qarşı xüsusi əməliyyat keçirməsinə ehtiyac yoxdur.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında deyib ki, belə bir addım atılacaq olsaydı, bu, mürəkkəb əməliyyat olmazdı, lakin buna zərurət görmür.

Amerika lideri daha əvvəl siyasətinin Kuba iqtisadiyyatını məhv etməyə yönəldiyini inkar edib, eyni zamanda Havana hakimiyyətini xalqa qarşı pis rəftarda ittiham edib.

O, həmçinin qeyd edib ki, ABŞ ordusu Venesuela ilə bağlı əməliyyat zamanı dünyada analoqu olmayan silahlardan istifadə edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki