Abbas Əraqçi ABŞ-la keçiriləcək danışıqlardan əvvəl bazar günü Tehrandan Cenevrəyə yola düşüb. O, nüvə danışıqlarının ikinci mərhələsi və diplomatik məsləhətləşmələr üçün nümayəndə heyətinə rəhbərlik edir.
İNFOAZ.MEDİA xəbər verir ki, səfər çərçivəsində nazir İsveçrə Xarici İşlər Nazirliyinin rəhbərliyi, Omanın xarici işlər naziri, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə görüşlər keçirəcək.
İsveçrə XİN-in məlumatına görə, İran və ABŞ gələn həftə Tehranın nüvə proqramı ilə bağlı danışıqların ikinci mərhələsini keçirəcək. Əraqçi bildirib ki, fevralın əvvəlində Məskətdə baş tutan ilk mərhələ danışıqları müsbət başlanğıc olub.
Rauf
























