image-1715540064_1backend

Valeri Gerasimov: 12 yaşayış məntəqəsi ələ keçirilib

Rusiya qoşunları Ukraynanın Sumı vilayəti ərazisində yerləşən Pokrovka yaşayış məntəqəsini nəzarətə götürüb.

İNFOAZ.MEDİA-nın məlumatına görə, Rusiya hücum təyyarələri ilə Pokrovkanı azad edib.

Məlumata görə, Rusiya qüvvələri cəbhənin bitişik istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov açıqlamasında qeyd edib ki, 2026-cı ilin fevral ayının ilk iki həftəsi ərzində xüsusi hərbi əməliyyat zonasında 12 yaşayış məntəqəsi nəzarətə götürülüb. Onun sözlərinə görə, Sumı vilayətində yerləşən Popovka və Sidorovka kəndləri də ələ keçirilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki