trampbackend

Donald Tramp bu danışıqlarda iştirak edəcək

Donald Tramp İranla danışıqlarda dolayı iştirak edəcək.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Cenevrədə İranla keçiriləcək danışıqlarda iştirak edəcəyini açıqlayıb. Lakin o, prosesə birbaşa deyil, dolayı yolla qoşulacağını bildirib. Tramp bu barədə təyyarəsində jurnalistlərə danışıb.

Ağ Ev rəhbəri qeyd edib: “Mən İranla danışıqlarda dolayı yolla iştirak edəcəyəm və bu görüşlər çox vacib olacaq”.

Onun sözlərinə görə, Iran hakimiyyəti ABŞ-la mümkün razılaşmadan imtinanın nəticələrini anlayır və razılığa gəlməkdə maraqlıdır. Tramp əlavə edib ki, Tehran mənfi ssenari ilə üzləşmək istəmir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki