Xayber Paxtunxva əyalətində bazar ertəsi baş verən partlayış nəticəsində azı iki nəfər, o cümlədən bir uşaq həlak olub, bir neçə nəfər isə yaralanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisənin Bannu rayonunda, Miryan Polis Bölməsinin yaxınlığında baş verdiyi bildirilib.
Partlayışdan dərhal sonra təhlükəsizlik qüvvələri və xilasedicilər əraziyə cəlb olunub, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu qeyd olunur.
Faktla bağlı araşdırma aparılır, partlayışın səbəbi hələlik açıqlanmayıb.
Rauf
























