Rusiya Silahlı Qüvvələri Poltava vilayəti ərazisində Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus yanacaq-sürtkü materialları anbarına zərbə endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi fevralın 16-da məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilir ki, anbar pilotsuz sistem qüvvələrinin mütəxəssisləri tərəfindən “Geran” tipli dronlardan istifadə olunmaqla məhv edilib. Hadisə ilə bağlı görüntülər də ictimaiyyətə təqdim edilib.
Məlumata görə, zərbə vilayətin Kaçanovo kəndi ərazisində endirilib.
Rauf
























