image-trampbackend

Tramp Cenevrədə keçiriləcək üçtərəfli danışıqlar barədə danışdı

Donald Trump Cenevrə danışıqlarını “əhəmiyyətli” adlandırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı Cenevrədə keçirilən danışıqları mühüm proses kimi qiymətləndirib və görüşlərin problemsiz keçəcəyinə əmin olduğunu bildirib.

Tramp jurnalistlərə açıqlamasında deyib: “Bunlar böyük danışıqlardır. Bu, çox sadə olacaq”.

Qeyd edək ki , bir gün əvvəl Rusiya, ABŞ və Ukrayna nümayəndələri üçtərəfli formatda danışıqlarda iştirak etmək üçün Cenevrəyə səfər ediblər.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiv Vitkov və Amerika liderinin kürəkəni Jared Kushner rəhbərlik edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki