SEPAH Hərbi Dəniz Qüvvələri bazar ertəsi günü Fars körfəzində “Hörmüz boğazının ağıllı idarə olunması” adlı dəniz təliminə başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələri baş komandan general-mayor Pakpurun rəhbərliyi altında “Hörmüz boğazının ağıllı idarə olunması” təliminə başlayıb.
İran televiziyasının verdiyi məlumata görə, Hörmüzdəki Ağıllı Nəzarət təlimləri təhdidlərə cavab olaraq qarşılıqlı hərbi əməliyyat ssenarilərini araşdırır.
İran televiziyası SEPAH-ın Hörmüzdəki Smart Control təlimlərinin dəniz əməliyyat bölmələrinin hazırlığını qiymətləndirmək məqsədi daşıdığını bildirib.
Rauf
























