Böyük Britaniya, Polşa və Yaponiyada istehsal olunan Coca-Cola məhsulları Rusiyanın bir sıra şəhərlərində yenidən satışa çıxarılıb.
İNFOAZ.MEDİA xəbər verir ki,, Polşada istehsal edilmiş 0,33 litrlik qazlı içki Moskva, Sankt-Peterburq, Krasnoyarsk, Ulan-Ude, Krasnodar, Saratov və Mahaçqala daxil olmaqla müxtəlif şəhərlərin mağazalarında mövcuddur.
Pyatiqorsk şəhərində Böyük Britaniyada istehsal olunmuş 0,2 litrlik şüşə butulkalarda orijinal Coca-Cola satılır. Mahaçqalada isə Britaniya istehsalı olan içki 0,15 litrlik metal bankalarda təqdim olunur.
Bundan əlavə, Xabarovsk və Pyatiqorsk şəhərlərində Yaponiyadan idxal edilən Coca-Cola məhsullarına da rast gəlmək mümkündür.
Qeyd edək ki , bir müddət əvvəl ABŞ və Avropa sanksiyalarına görə, Coca-Cola şirkəti özünün brendli məhsullarını Rusiyada yenidən satışa çıxarılmasına qadağa qoymuşdu.
Rauf
























