image-upload-ria_8706595-pic_32ratio_900x600-900x600-26764backend

Ukrayna ordusunun itkiləri açıqlandı

Rusiya Müdafiə Nazirliyinin bazar günü yaydığı məlumata görə, Rusiyanın “Vostok” döyüş qrupu Zaporojye vilayəti ərazisində yerləşən Tsvetkovoye yaşayış məntəqəsini nəzarətə götürüb və Ukrayna müdafiəsinin dərinliyinə doğru irəliləyişini davam etdirir.

İNFOAZ.MEDİA xəbər verir ki, nazirlik son sutka ərzində Ukrayna ordusunun müxtəlif istiqamətlərdə ciddi itkilər verdiyini bildirib. Məlumata görə, “Vostok” döyüş qruplaşmasına qarşı döyüşlərdə  320-dən çox, “Tsentr”də 275-dən çox, “Sever”də 180-dən çox, “Zapad”da 160-a qədər, “Yug”da 130-a qədər, “Dnepr” istiqamətində isə 45-ə qədər Ukrayna hərbçisi zərərsizləşdirilib.

Nazirlik həmçinin canlı qüvvə ilə yanaşı, hərbi texnika itkilərinin də qeydə alındığını vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki