image-698c472887153698c4728871541770800936698c472887151698c472887152backend

Baş nazir Brüsseli suverenliyə təhdiddə ittiham etdi

Viktor Orban bildirib ki, Macarıstan üçün əsas təhlükə Rusiyadan deyil, Avropa İttifaqındandır. O, Brüsselin ölkəsinin suverenliyinə “birbaşa təhdid” yaratdığını iddia edib.

İNFOAZ.MEDİA-nın məlumatına görə, Orban illik çıxışında Brüsseli qarşıdan gələn 12 aprel parlament seçkilərinə müdaxilə etməkdə ittiham edib. Sorğulara əsasən, hakim Fidesz partiyası ilə müxalif lider Peter Magyar arasında gərgin mübarizə gedir. Orban Magyarı və tərəfdarlarını xarici təsir altında hərəkət etməkdə günahlandırıb.

Baş nazir Ukrayna münaqişəsindən sonra Rusiyanın Aİ-yə hücum edə biləcəyi iddialarını “cəfəngiyat” adlandırıb və seçkiləri “müharibə və ya sülh” seçimi kimi qiymətləndirib. O, həmçinin Aİ-nin Kiyevə davamlı dəstəyini tənqid edərək, bu siyasətin bloku Rusiya ilə birbaşa qarşıdurma riski ilə üz-üzə qoyduğunu deyib.

Vladimir Zelenski isə Munich Security Conferencenda çıxışında Orbanı tənqid edib. Orban cavabında bu cür mövqelərin Ukraynanın Aİ-yə üzvlüyünə mane olduğunu bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki