image-musevi-1backend

İranla döyüş Tramp üçün unudulmaz bir dərs olacaq

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Əbdülrəhim Musəvi ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlarla bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

İNFOAZ.MEDİA-nın məlumatına görə, bazar günü keçirilən mərasimdə çıxış edən Musəvi bildirib ki, Tramp hər hansı hərbi addım atmazdan əvvəl “iki dəfə düşünməlidir”. O, ABŞ prezidentinin İran əleyhinə açıqlamalarını təhqiramiz və danışıqlar niyyəti ilə ziddiyyət təşkil edən bəyanatlar kimi qiymətləndirib.

“Əgər Tramp həqiqətən müharibə istəyirsə, niyə danışıqlar məsələsini gündəmə gətirir?” – deyə general vurğulayıb.

Musəvi əlavə edib ki, İran mümkün hərbi qarşıdurmaya cavab verməyə hazırdır və belə bir müharibənin ABŞ üçün “unudulmaz nəticələri” olacağını bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki