NASA təyyarəsi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən Ellington Field hava limanına fövqəladə eniş həyata keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, WB-57 təyyarəsi eniş zamanı uçuş-enmə zolağına toxunub, nəticədə qığılcımlar yaranıb və daha sonra təyyarədə yanğın baş verib. Xilasedicilər pilotu vaxtında təyyarədən çıxararaq xəstəxanaya yerləşdiriblər.
Qeyd edək ki, 1970-ci illərdən bu yana cəmi üç ədəd WB-57 təyyarəsi istehsal olunub. Bu tip təyyarələr əsasən elmi-tədqiqat uçuşları, xüsusilə də stratosferin öyrənilməsi üçün istifadə olunur.
Rauf
























