Keçmiş “Mançester Yunayted” futbolçusu Qazaxıstanın “Aktobe” klubunun heyətinə cəlb olunub. Klub portuqaliyalı vinger Luiş Nani ilə müqavilə imzalandığını açıqlayıb.
İNFOAZ.WS-in məlumatına görə, təcrübəli futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Sportinq”, “Valensiya”, “Latsio”, “Fənərbağça” və digər klublarda çıxış edib. Nani “Mançester Yunayted”lə Çempionlar Liqası və İngiltərə Premyer Liqasını qazanıb.
Qeyd edək ki, o, Portuqaliya millisinin heyətində 2016-cı il Avropa çempionatının qalibi olub. Transfer Qazaxıstan futbolunda diqqət çəkən keçidlərdən biri hesab olunur.
Rauf

























