image-5841360624888254202backend

Mülki əhali hədəfdə: Konqoda dron hücumları

Konqo Demokratik Respublikasının (KDR) şərqində dövlət ordusuna aid olduğu iddia edilən dron hücumları nəticəsində mülki əhali arasında itkilər qeydə alınıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Çindən təmin olunduğu bildirilən dronların FARDC tərəfindən istifadə edildiyi və M23 üsyançılarının nəzarətində olan ərazilərdə bazarlar, qonaq evləri və kəndlərin hədəfə alındığı iddia edilir.

Ən ağır hadisənin 8 may tarixində Mushaki bazarında baş verdiyi bildirilir. Məlumata görə, həmin hücumda 24-ə qədər mülki şəxs həlak olub, onlarla insan isə yaralanıb. Yaralılar arasında uşaqların da olduğu və onlardan qəlpələr çıxarıldığı qeyd olunur.

Mart ayında isə UNICEF əməkdaşlarının yaşadığı evə dron zərbəsi endirildiyi, nəticədə bir fransalı humanitar işçinin həyatını itirdiyi bildirilir.

Bölgədə fəaliyyət göstərən M23 qruplaşmasının isə cavab olaraq FARDC-nin Kisanganidə yerləşən əsas dron bazasına zərbə endirdiyi, obyektin isə yüzlərlə kilometr uzaqlıqda olduğu qeyd edilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki