Türkiyə bölgədə atəşkəs və humanitar sabitlik üçün diplomatik səylərini davam etdirir.
İNFOAZ.MEDİA xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Qəzza zolağında mövcud atəşkəs razılaşmasının gələcək mərhələləri, humanitar yardımın davamlılığı və bölgədə uzunmüddətli sabitliyin təmin olunması məsələləri müzakirə edilib.
Rəsmi mənbələrin bildirdiyinə görə, Türkiyə tərəfi bölgədə mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb və beynəlxalq aktorlarla koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Görüş Türkiyənin Yaxın Şərq diplomatiyasında aktiv rolunu bir daha ön plana çıxarıb.
Rauf
























