image-friedrich-merz-union-candidate-christian-democratic-union-of-germany-1backend

Merts: 13 il ərzində yeni üzv qəbul etməməyimiz Aİ-nin də uğursuzluğudur

Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqının genişlənmə siyasətini tənqid edərək, son 13 ildə yeni üzvlərin qəbul edilməməsinin təkcə namizəd ölkələrin deyil, həm də Aİ-nin uğursuzluğu olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Merts bu barədə çıxışında danışıb.

“Əgər biz 13 il ərzində heç bir yeni üzv qəbul etməmişiksə, bu, Avropa İttifaqının da uğursuzluğunu göstərir”, – deyə Almaniya kansleri vurğulayıb.

Merts Aİ-nin genişlənmə prosesinin sürətləndirilməsinin vacibliyini qeyd edərək, namizəd ölkələrin Avropa strukturlarına inteqrasiyası üçün daha fəal addımların atılmasının zəruri olduğunu bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki