Melonibackend

Meloni: İtaliyanın xarici siyasəti dəyişməyəcək

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqları fonunda ölkəsinin xarici siyasət kursunun dəyişməyəcəyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Meloni qeyd edib ki, son günlər “İtaliyanın xarici siyasəti indi necə olacaq?” sualı ilə bağlı çoxsaylı təhlillər oxuyub.

“Fikrimi dəyişmirəm, tamam? Mən fikrimi dəyişmirəm”, – deyə o vurğulayıb.

Baş nazirin sözlərinə görə, İtaliya son 80 ildə izlədiyi xarici siyasət xəttini davam etdirəcək və ABŞ ilə Avropa arasında münasibətlərin güclü saxlanılması ölkə üçün strateji əhəmiyyət daşıyır.

Meloni əlavə edib ki, transatlantik tərəfdaşlığın qorunması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki