ABŞ dövlət katibi Marko Rubio Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziya verilməsi məsələsinin hazırda müzakirə olunduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubionun sözlərinə görə, belə bir lisenziyanın verilməsi yaxınmüddətli problemi həll etməyəcək. O qeyd edib ki, istehsalın artırılması və müvafiq zavodların qurulması bir neçə il çəkə bilər.
“Bunlar yüksək səviyyədə mürəkkəb silahlardır. Buna görə də bu məsələ hazırda müzakirə olunur və razılaşma əldə edilə bilər. Lakin bu, Ukraynanın qarşılaşdığı qısamüddətli problemi həll etməyəcək”, – Rubio bildirib.
Jalə
























