ABŞ dövlət katibi Marko Rubio İran və Rusiya arasındakı münasibətlərdən danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubio bildirib ki, digər ölkələrin İrana verdiyi dəstək ABŞ-ın özünü qorumaq üçün zəruri addımlar atmaq imkanlarına mane olmur.
“Bununla belə, İranın etdikləri məsələsində Rusiya ilə mövqelərimizin tam üst-üstə düşmədiyi aydındır”, – deyə Rubio bildirib.
O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin diqqətinin böyük hissəsini Ukrayna müharibəsi və Ukraynanın zərbələrinin sanksiyalarla birlikdə Rusiya iqtisadiyyatına yaratdığı təsirlər təşkil edir. Hazırda Ukraynanın Rusiya ərazisinə zərbələrinin ölkənin enerji və iqtisadiyyatına ciddi təsir göstərdiyi barədə məlumatlar yayılır.
Rauf
























