ABŞ dövlət katibi Marko Rubio Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarından danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubio bildirib ki, hazırda dünyanın bir çox ölkəsi daha çox hava hücumundan müdafiə raketləri istəyir və bu, təkcə Ukraynanın deyil, bütün dünyanın əsas müdafiə ehtiyacına çevrilib.
“Yaxın Şərq ölkələri də bunları istəyir. İranın da belə raketlərə sahib olmaq istədiyini bilirəm, amma onların belə raketləri yoxdur”, – Rubio deyib.
ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqtonun öz müdafiə ehtiyacları və tələbləri də var. Onun sözlərinə görə, digər ölkələrə yardım etməzdən əvvəl ABŞ öz raket ehtiyatlarının kifayət qədər olduğuna əmin olmalıdır.
Rauf
























