makronbackend

Makron: Ukrayna ilə bağlı danışıqlarda Avropa masada olmalıdır

Emmanuel Makron Ukrayna məsələsində Avropanın vasitəçi olmadığını, birbaşa Ukraynanın yanında yer aldığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Makron qeyd edib ki, Avropa ölkələri Ukraynaya yardım və dəstək göstərib, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Onun sözlərinə görə, danışıqlar mərhələsi başlayacağı təqdirdə, Avropa mütləq danışıqlar masasında təmsil olunmalıdır, çünki Ukraynada baş verənlər Avropanın maraqlarına birbaşa təsir edir.

Fransa prezidenti əlavə edib ki, bu mövqe göstərilən dəstək, Avropanın genişlənməsi məsələsi, eləcə də Ukraynaya ayrılan maliyyə yardımı və kreditlərlə əlaqədardır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki