Emmanuel Makron üçüncü ölkələrdə miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan “geri qaytarma mərkəzləri” ideyasını dəstəkləmədiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Makron qeyd edib ki, Fransa daha effektiv geri qaytarma siyasətinin tərəfdarıdır, lakin indiyədək üçüncü ölkədə yaradılmış və real nəticə verən belə bir model görməyib.
Onun sözlərinə görə, bu yanaşma insanların öz ölkələri olmayan bir yerə göndərilməsini nəzərdə tutur, halbuki onları qəbul edən ölkələr öz ərazilərində saxlamaq istəmir.
Fransa prezidenti əlavə edib ki, bu modelin Avropanın qurulduğu fundamental prinsiplərlə uyğun olduğuna əmin deyil və bunun praktik baxımdan da effektiv nəticə vermədiyini düşünür.
Jalə
























