makronbackend

Makron: Avropalılar sülh planı masasında olmalıdır

Fransa Prezidenti Emmanuel Makron Rusiya–Ukrayna müharibəsinin mümkün sülh danışıqları ilə bağlı Avropanın roluna diqqət çəkib.

İNFOAZ.MEDİA xəbər verir ki, Makron sülh planının hazırlanmasında Avropa ölkələrinin iştirakının vacib olduğunu bildirib.

“Avropalılar hansısa mərhələdə sülh planı masasında olmalıdırlar. Çünki bu, coğrafiyaya görə Avropalılar üçün sülh və təhlükəsizlik arxitekturasıdır”, – deyə Fransa prezidenti qeyd edib.

Makronun sözlərinə görə, Avropanın təhlükəsizlik sistemi birbaşa regiondakı proseslərdən asılıdır və bu səbəbdən Avropa İttifaqı və Avropa dövlətləri danışıqlarda aktiv rol oynamalıdır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki