NURAN-ın yeni təqdim etdiyi “Məni unutmağa tələsmə hələ” layihəsi cəmi bir gün ərzində trendə düşüb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə ifaçının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mahnı hazırda Azərbaycanda ən çox dinlənilən mahnılar siyahısında 44-cü pillədə qərarlaşıb və sürətlə yüksəlməkdə davam edir.
Layihə sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb. Belə ki, mahnının sədaları altında TikTok-da artıq çoxsaylı videolar paylaşılıb və bəstə platformada trend musiqilərdən birinə çevrilməkdədir.
























