lavrovbackend

Lavrov: Avropa əsrlər boyu müharibələrin mənbəyi olub

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrini və xüsusilə Fransa rəhbərliyini sərt tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Lavrov Avropanın tarix boyu müharibələrə səbəb olan siyasət yürütməkdə ittiham edib.

“Avropa əsrlər boyu cəhənnəm mənbəyi olub — həmişə elə hərəkətlər edib ki, nəticədə ya dünya müharibələri, ya da qitə miqyaslı müharibələr baş verib. Avropa bu düşüncə tərzini dəyişməyib”, – deyə Lavrov bildirib.

O, Fransa Prezidenti Emmanuel Makron ilə bağlı da danışaraq, Makronun Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı ilə bağlı açıqlamalarını tənqid edib.

Lavrov qeyd edib ki, “Makron iki aydır Putinə zəng edəcəyini deyir”, lakin “ciddi insan olsaydı, sadəcə telefonu götürüb zəng edərdi”.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki