image-img_2019backend

Klubun vitse-prezidenti açıqladı: “Messi doğma komandasına qayıda bilər”

Argentina futbolunun canlı əfsanəsi Lionel Messi 2027-ci ildə karyerasının ən emosional dönüşlərindən birini edə bilər. Ulduz futbolçunun doğma klubu “Newell’s Old Boys”-a qayıtması gündəmdədir.

İNFOAZ.MEDİA xəbər verir ki, Rosario təmsilçisinin vitse-prezidenti Juan Manuel Medina məsələ ilə bağlı yerli mediaya açıqlama verib. Klub rəsmisi bildirib ki, Messinin 2027-ci ilin ilk yarısında “Newell’s Old Boys” forması geyinməsi üçün ciddi iş aparılır.

“Messi’nin 2027-ci ilin ilk yarısında “Newell’s Old Boys”-da oynaması üçün çalışırıq. Hələlik yalnız bunu deyə bilərəm. Bu layihə təkcə klubla məhdudlaşmır – Rosario şəhərini, bütün əyaləti və ümumilikdə Argentina futbolunu əhatə edir”, – deyə Medina vurğulayıb.

Qeyd edək ki, Lionel Messi peşəkar futbol yoluna məhz “Newell’s Old Boys” akademiyasında başlayıb. Onun mümkün dönüşü təkcə klub azarkeşləri üçün deyil, bütün Argentina futbolu üçün tarixi hadisə ola bilər.

Messinin gələcəyi ilə bağlı rəsmi qərarın nə vaxt veriləcəyi hələlik açıqlanmayıb, lakin bu açıqlama futbol ictimaiyyətində böyük maraq və həyəcan yaradıb.

Ərgün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki