Ukrayna Moskvanın yenidən hərbi təcavüzə əl atmayacağına tam əmin olmadan Rusiya ilə sülh sazişi imzalamayacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp-ın xüsusi nümayəndəsi Stiv Uitkoff danışıb.
Onun sözlərinə görə, Kiyev yalnız real və davamlı sülhə təminat verən razılaşmanı qəbul edə bilər. Uitkoff qeyd edib ki, bunun üçün həm ABŞ tərəfindən sərt təhlükəsizlik mexanizmləri, həm də Avropa ölkələrinin güclü zəmanətləri vacibdir.
Jalə
























