image-whatsapp-image-2026-07-10-at-14-51-43backend

JONY “Crystall Hall”da konsert verəcək

Rusiyada və MDB ölkələrində populyarlaşan azərbaycanlı müğənni JONY (Cahid Hüseynli) Bakıda konsert verməyə hazırlaşır.

İNFOAZ.MEDİA xəbər verir ki, zaman-zaman paytaxtda səhnə alan sənətçi ilk dəfə “İticket production” təşkilatçılığı ilə “Baku Crystall Hall”da sevənləri ilə görüşəcək. Tədbir 19 dekabrda baş tutacaq.

Konsert proqramında milyonlarla dinləyicinin sevgisini qazanan məşhur mahnılar, eləcə də yeni bəstələr möhtəşəm işıq, səhnə və vizual şou ilə təqdim olunacaq.

Biletlər iticket.az-da satışa çıxarılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki