İsveçrə hökuməti ABŞ-dan sifariş etdiyi Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükündə yaranan gecikmələr səbəbindən alternativ variantları qiymətləndirməyə başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, İsveçrə hazırda Fransa və İtaliyanın birgə hazırladığı SAMP/T sistemini ehtiyat seçim kimi nəzərdən keçirir.
ABŞ istehsalındakı məhdudiyyətlər səbəbindən Patriot sistemlərinin İsveçrəyə çatdırılmasının 2030-cu ilə qədər gecikə biləcəyi bildirilir. Bunun fonunda SAMP/T sistemini istehsal edən Eurosam şirkəti tədarükü 2029-cu ilə qədər həyata keçirə biləcəyini bəyan edib və sistemi “Avropa, müstəqil və suveren alternativ” kimi təqdim edib.
Məlumata əsasən, İsveçrə Patriot proqramı çərçivəsində artıq təxminən 700 milyon İsveçrə frankı ödəyib. Buna baxmayaraq, ölkə rəsmiləri müdafiə ehtiyaclarını təmin etmək üçün Avropa istehsalı olan hava hücumundan müdafiə sistemlərinin imkanlarını rəsmi şəkildə araşdırmağa başlayıblar.
Jalə
























