İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Danni Danon onlayn platformalarda antisemitizmin yayılmasına qarşı daha sərt tədbirlər görülməsinə çağırıb.
INFOAZ.MEDİA xəbər verir ki, Danon bildirib ki, antisemit məzmunu təşviq edən şəxslərin və bu cür fikirlərə yer verən podkastların siyahıya alınması və onlara qarşı mübarizə aparılması vacibdir.
“Bəlkə də onlayn antisemitizmi təşviq edənlərin, eləcə də antisemitləri podkastlarda qonaq edənlərin siyahısını yaratmağın vaxtıdır və buna qarşı mübarizə aparmalıyıq. Bu, getdikcə artan və çox sərt bir müharibədir, biz də buna qarşı dayanmalıyıq”, – deyə o qeyd edib.
Səfirin sözlərinə görə, bu tendensiya azalmır, əksinə daha da güclənir və beynəlxalq ictimaiyyətin koordinasiyalı cavabı tələb olunur.
Rauf
























