image-5885245backend

İranın hədəfində bütün ABŞ bazaları var

Ali Rəhbərin İslam İnqilabı Keşikçiləri Korpusundakı (İİKK) nümayəndəsi Abdullah Hacı Sadeqi İran Silahlı Qüvvələrinin ölkəyə qarşı istənilən yeni təcavüz aktına sərt və dağıdıcı cavab verməyə hazır olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, o, bu açıqlamanı Qum şəhərində keçirilən anım mərasimində səsləndirib. Hacı Sadeqinin sözlərinə görə, mümkün qarşıdurma zamanı təkcə bir baza deyil, bölgədəki bütün ABŞ maraqları və müttəfiq qüvvələr hədəfə alınacaq.

İİKK nümayəndəsi bildirib ki, düşmənin istənilən hərbi addımı quruda və dənizdə genişmiqyaslı cavabla qarşılaşacaq. Açıqlama ABŞ Prezidenti Donald Trampın İranı hərbi əməliyyatlarla hədələməsindən sonra verilib.

Hacı Sadeqi qeyd edib ki, əvvəlki planlar uğursuz olub və İranın çəkindirmə gücü xalqla ali rəhbərlik arasındakı birliyə əsaslanır.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki